27
Pirallahı qəsəbəsi və Qala kəndində qaz kəsiləcək.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 27-də saat 08:00-dan işlər yekunlaşanadək, Pirallahı qəsəbəsinin bir hissəsinin, saat 10:00-dan işlər tamamlanana qədər isə Xəzər rayonunun Qala kəndinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
