108
Argentinalı hücumçu Lionel Messi komanda yoldaşlarına milli komandada son oyununu keçirdiyini bildirib.
Ucnoqta.az bildirir ki, bu barədə jurnalist Hernan Kastilyo özünün X sosial media səhifəsində məlumat verib.
Onun məlumatına görə, Messi Argentinanın əlavə vaxtda 1-0 hesabı ilə uduzduğu İspaniyaya qarşı Dünya Kuboku finalından sonra soyunma otağında danışıb.
39 yaşlı Messi 2023-cü ildən Şimali Amerika Böyük Liqasının (MLS) İnter Mayami komandasında çıxış edir.
