Bazar, Sentyabr 13 2026 - Bakı, Azərbaycan
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRCƏMİYYƏT8 May Beynəlxalq
CƏMİYYƏT

8 May Beynəlxalq

tərəfindən redaktor 08.05.2026 / 09:55
08.05.2026 / 09:55
A+A-
Sıfırla
25

Hər il mayın 8-i bütün dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. 

Ucnoqta.az xəbər verir ki, bütün dünyada olduğu kimi Azərbaycanda da talassemiya geniş yayılıb. 

 Hazırda ölkəmizdə 3 min nəfərdən çox talassemiyalı xəstə var. Nikaha daxil olan 100 minə yaxın şəxsin tibbi müayinəsi aparılıb. Onlardan 4-6 faizində daşıyıcılıq aşkarlanıb.

 2024 – cü ildə 32 sümük iliyi transplantasiyası əməliyyatl olunub.

2025-ci ildə isə 36 əməliyyat keçirilib. Qarşıdakı illərdə bu əməliyyatların sayını 50-yə çatdırmaq planlaşdırılır.

Son illər ölkəmizdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası sahəsində mühüm tədbirlər görülüb. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun həmin xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb.

Ölkəmizdə bir sıra qeyri-hökumət təşkilatının iştirakı ilə talassemiyalı xəstələrin aşkarlanması və müalicəsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilib. 

Talassemiya irsi keçən qan xəstəliyidir. Valideynlərdən uşağa gen vasitəsilə keçən ağır irsi qan xəstəliyi olan talassemiya-genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunur. Talassemiya hemoqlobin istehsalı zamanı qırmızı qan hüceyrəsində tapılan zülal çatışmazlığı yaranır. Bu oksigeni ağciyərlərdən bütün bədən hissələrinə nəql edir və qana qırmızı rəng verir.

Talassemiya erkən təzahür etdiyi halda uşağın fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin kobud dəyişikliyinə səbəb olur. Bu dəyişikliklər kvadrat kəllə, yəhərvari burun, dişlərin yerdəyişməsi, alt və üst çənələrin üst-üstə düşməməsi və sairələridir. Belə uşaqlarda bir qədər sarılıq qeyd edilir, onlar tez-tez infeksion xəstəliklərə yoluxurlar

Prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə talassemiyanın profilaktikasının gücləndirilməsi, əhali arasında maarifləndirmə işinin genişləndirilməsi, bütövlükdə, talassemiya xəstələrinə göstərilən tibbi köməyin təkmilləşdirilməsini nəzərdə tutan “Talassemiya ilə mübarizəyə dair 2015–2020-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub.

 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hələ 2005-ci ildə Azərbaycanda “Talassemiyasız həyat naminə” layihəsinin həyata keçirilməyə başlanmasını elan edib. ​Dövlət Proqramının məqsədi ölkəmizdə talassemiya xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.

Həmin proqram çərçivəsində 2009-cu ildə Bakıda Respublika Talassemiya Mərkəzi istifadəyə verildi. Mərkəzdə bu xəstəlikdən əziyyət çəkən pasiyentlər lazımi dərmanları və ixtisaslaşmış tibbi köməyi pulsuz əldə etməyə, ölkə ictimaiyyəti isə mühüm problem olan qan donorluğuna fəal qoşulmağa başladı. “Talassemiya ilə mübarizəyə dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”na əsasən artıq 39 nəfərə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib.

Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb. 

Paylaş 0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Ötən il şəxsiyyət vəsiqəsi olmayan 9 uşaq doğulub
Sonrakı yazı
Naxçıvanda pensiyalar ödənildi

Digər yazılar

“Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsi əcdad yaddaşının maddi sübutu kimi xüsusi...

12.09.2026 / 12:00

Bakıda pensiyalar ödənildi – rayonlarda isə …

11.09.2026 / 11:58

Yeni təmayül məktəblərin sayı artırılacaq

11.09.2026 / 10:46

İmişlidə azyaşlı qızın toyunun qarşısı alındı

10.09.2026 / 16:58

2027-ci il buraxılış imtahanlarında nələr dəyişəcək? – DİM-dən açıqlama

10.09.2026 / 16:20

Niyamdan “Hacı Məhərrəm”ə ŞOK İTTİHAMLAR: Bütün sənədlər saxta imiş …

10.09.2026 / 14:53

Raqif İsayevə şəhid statusu verilib

10.09.2026 / 12:29

Azərbaycanda muzdla çalışan işçilərin sayı artıb

10.09.2026 / 10:23

Prezidentin qızları Madriddə – FOTO

09.09.2026 / 14:47

XƏBƏR LENTİ

  • Vaşinqtondan Hörmüz boğazı ilə bağlı bədbin açıqlama

    13.09.2026 / 22:04
  • Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş – VİDEO

    13.09.2026 / 19:46
  • Ukrayna Rusiyanın neft emalı müəssisələrinə zərbələri dayandırmalıdır – Tramp

    13.09.2026 / 18:34
  • Somalili quldurlar Yəmən sahillərində ticarət gəmisini ələ keçirməyə cəhd edib

    13.09.2026 / 18:07
  • Sabah bu yol bağlanacaq

    13.09.2026 / 18:05
  • Sabah 33°-dək isti olacaq

    13.09.2026 / 13:37
  • Livan BMT Təhlükəsizlik Şurasına müraciət etdi

    13.09.2026 / 12:00
  • İstirahət günü 33° isti olacaq

    12.09.2026 / 13:04
  • “Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsi əcdad yaddaşının maddi sübutu kimi xüsusi əhəmiyyət daşıyır”

    12.09.2026 / 12:00
  • 34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

    12.09.2026 / 11:48
  • Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib

    12.09.2026 / 11:18
  • Si Cinpin Hindistana getdi

    12.09.2026 / 10:38
  • Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü

    12.09.2026 / 10:35
  • Axtarışda olan 114 nəfər saxlanılıb

    12.09.2026 / 10:10
  • Rusiya bir gündə 1 500 hərbçisini itirdi

    12.09.2026 / 10:07
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə

Həmçinin oxuyunx

“Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsi əcdad yaddaşının maddi sübutu kimi xüsusi...

12.09.2026 / 12:00

Bakıda pensiyalar ödənildi – rayonlarda isə …

11.09.2026 / 11:58

Yeni təmayül məktəblərin sayı artırılacaq

11.09.2026 / 10:46

İmişlidə azyaşlı qızın toyunun qarşısı alındı

10.09.2026 / 16:58

2027-ci il buraxılış imtahanlarında nələr dəyişəcək? – DİM-dən açıqlama

10.09.2026 / 16:20