Bazar ertəsi, Avqust 3 2026 - Bakı, Azərbaycan
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRCƏMİYYƏTBu şəxslərə

Bu şəxslərə

tərəfindən redaktor 04.10.2024 / 14:51
04.10.2024 / 14:51
1

""Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanuna təklif edilən dəyişikliklərə əsasən, bu kateqoriyaya daxil olan vətəndaşlarımıza ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək".

Ucnoqta.z xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Millət vəkili qeyd edib ki, dəyişikliklər layihəsi Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin bu gün keçirilən iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.

"Mövcud qanunvericiliyə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq əməkhaqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurlar. Daha səmərəli sosial təminat məqsədilə pul kompensasiyasının da sözügedən müavinətin tərkibinə daxil edilməklə məbləğin 6 min manat müəyyən edilməsi təklif edilib. Bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, habelə onların arasından olanlardır. Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar".

V.Bayramov bildirib ki, bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, "DOST" mərkəzinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilərlər:

"O zaman bu sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin surəti; əmək kitabçasının surəti; valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı. Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlərlə müraciət edib həmin müvainəti ala bilərlər. Bütün bunlarla yanaşı, bir sıra müavinətlərlə bağlı məlumatlılığın nisbətən az olduğunu nəzərə alsaq, belə ödənişlərin proaktiv təyin olunması vacibdir. Yəni hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur".

0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Yarmarkada 68 tona yaxın bal satılıb
Sonrakı yazı
Kaliforniya sahillərində batmış xəyalət gəmisinin qalıqları tapılıb

Digər yazılar

Bakı Qızlar Universitetinin tələbələri özəl ali məktəblərə köçürüləcək

03.08.2026 / 17:22

MİQ imtahanı verən müəllimlərin nəzərinə: Avqustun 5-i…

03.08.2026 / 16:27

Ötən ay 22 nəfəri gün vurub – 7 nəfər ölüb

03.08.2026 / 12:32

Bakıda küçələrdən birinə Xalq yazıçısı Elçinin adı verildi

03.08.2026 / 11:39

Gömrükdə 112 kiloqramdan artıq heroin aşkarlandı

03.08.2026 / 09:05

SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş

02.08.2026 / 23:36

Avqustun ilk maqnit qasırğası başladı

02.08.2026 / 22:37

Kəmaləddin Heydərov Vaqif Əsədovun qızını işdən çıxardı

01.08.2026 / 17:47

Avtobusda gediş haqqı məsafəyə görə hesablanacaq – QƏRAR

31.07.2026 / 22:49

XƏBƏR LENTİ

  • Bakı Qızlar Universitetinin tələbələri özəl ali məktəblərə köçürüləcək

    03.08.2026 / 17:22
  • Sabah çimərliklərdə gözlənilən hava

    03.08.2026 / 17:12
  • Bakıda “Ford” yandı

    03.08.2026 / 16:51
  • Daha iki marşruta yeni avtobuslar buraxılır – gedişhaqqı isə …

    03.08.2026 / 16:42
  • Alibaba yeni süni intellekt modeli Qwen3.8-Max-ı təqdim etdi

    03.08.2026 / 16:34
  • MİQ imtahanı verən müəllimlərin nəzərinə: Avqustun 5-i…

    03.08.2026 / 16:27
  • “Kartda pul saxlamaq əvəzinə …”

    03.08.2026 / 16:16
  • “Sabah”ın avroliqanın pley-off mərhələsindəki potensial rəqibi bilinib

    03.08.2026 / 16:12
  • CAR-da silahlı hücum: İsveçrə vətəndaşı öldürüldü

    03.08.2026 / 15:58
  • Dənizdə batan 40 nəfərin meyiti tapılıb, 55 nəfər xilas edilib

    03.08.2026 / 15:53
  • Hövsanın bəzi ərazilərində su kəsiləcək

    03.08.2026 / 14:03
  • Elm və Təhsil Nazirliyi 9 milyonluq təmirə başlayır

    03.08.2026 / 13:55
  • Bu ərazilərdə qaz kəsiləcək

    03.08.2026 / 13:49
  • Prezident elektron siqaretlə bağlı bəzi qanunlara dəyişiklikləri təsdiqlədi

    03.08.2026 / 13:43
  • Azərbaycanda vəzifəli şəxslər HƏBS EDİLDİ

    03.08.2026 / 13:32
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ

Həmçinin oxuyunx

Bakı Qızlar Universitetinin tələbələri özəl ali məktəblərə köçürüləcək

03.08.2026 / 17:22

MİQ imtahanı verən müəllimlərin nəzərinə: Avqustun 5-i…

03.08.2026 / 16:27

Ötən ay 22 nəfəri gün vurub – 7 nəfər ölüb

03.08.2026 / 12:32

Bakıda küçələrdən birinə Xalq yazıçısı Elçinin adı verildi

03.08.2026 / 11:39

Gömrükdə 112 kiloqramdan artıq heroin aşkarlandı

03.08.2026 / 09:05