0
Göyçay Regional Mühafizə Şöbəsinin rəisi polis polkovnik-leytenantı Əhliman Eminov vəzifəsindən azad edilib.
Ucnoqta.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmri ilə Əhliman Eminov Şəmkir Rayonlararası Mühafizə Şöbəsinə rəis təyin edilib.
