4
Yol hərəkəti qaydalarını pozan sürücü cərimələnib.
Bu barədə Ucnoqta.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumata görə, istifadəsində olan "BMW" markalı avtomobili təhlükəsizlik kəməri taxmadan, eləcə də sükandan əllərini çəkərək idarə edən və bununla bağlı sosial şəbəkələrdə video paylaşan vətəndaş Sahil Dövlətov Baş DYP İdarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparılmış və törətdiyi inzibati xətalara görə barəsində qanunamüvafiq tədbirlər görülmüşdür.
