0
“Azərbaycanın quru sərhədlərini xüsusi icazə əsasında keçmək mümkündür”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi bildirib ki, hələlik quru sərhədlərinin açılması hələlik müzakirə edilmir.
