0
“COViD pasportları ləğv edilməyəcək, sadəcə, buster dozadan sonra COVİD pasportunun vaxtı uzadılacaq”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi bildirib ki, buster dozadan sonra hələlik müddətsiz COVİD pasportu veriləcək.///Apa
