0
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Mediasiya Şurasının rəhbərliyi Fəxri xiyabanı ziyarət edib.
Ucnoqta.az xəbər verir ki, ziyarətdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, İdarə Heyətinin üzvləri – Sima Yaqubova və Əli Nəbiyev iştirak ediblər.
Ziyarət zamanı Ulu öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyularaq, xatirəsi hörmət və ehtiramla yad edilib.
