26
Cənubi Koreyanın cənub-şərqində yerləşən Yansan şəhərində avqustun 2-də havanın temperaturu 42,5 dərəcəyə çataraq son 122 ilin ən yüksək göstəricisi olub.
Ucnoqta.az xəbər verir ki, paytaxt Seulda da anomal istilər hökm sürür. Şəhər rəhbərliyi sakinlərin sərinləməsi üçün Kvanghvamun meydanında uşaqlar üçün hovuzlar, şişmə su sürüşkəni və qumlu istirahət zonası yaradıb. Şəhərin bəzi ərazilərində isə pulsuz içməli su təqdim edən avtomatlar quraşdırılıb.
May ayının ortalarından bəri ölkədə istinin təsirindən 1 781 nəfər xəstəxanalara müraciət edib, 13 nəfərin ölümü isə isti hava ilə əlaqələndirilib. Hakimiyyət vətəndaşlara açıq havada fiziki fəaliyyətdən çəkinməyi, bol su içməyi və otaqları sərin saxlamağı tövsiyə edir.///tass
