1
Bakıdakı Müqəddəs Bakirə Məryəm kilsəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə dua mərasimi baş tutub.
Tədbir çərçivəsində dini ayin icra edilib, şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi yad edilib.
Mərasimi Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete aparıb.
Xatırladaq ki, bu gün Azərbaycanda Vətən müharibəsi şəhirdlərinin Anım Günü qeyd olunur.///report
