Bazar ertəsi, Avqust 10 2026 - Bakı, Azərbaycan
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRİQTİSADİYYATDollar sürətlə artır
İQTİSADİYYAT

Dollar sürətlə artır

tərəfindən redaktor 14.07.2021 / 12:02
14.07.2021 / 12:02
A+A-
Sıfırla
3

Dünya bazarında ABŞ dolları əsas valyutalara nisbətən möhkəmlənməkdə davam edir. Son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb. Dünənki birjalarda dolların Avropa pulu daxil olmaqla, əksər səbət valyutalarına nisbətən son bir ayın ən yüksək artımı qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov qeyd edib.
Onun sözlərinə görə, ABŞ dollarındakı artımlar Birləşmiş Ştatlar iqtisadiyyatındakı pozitiv xəbərlər və proqnozlarla yanaşı, texnoloji şirkətlərin səhmlərinin dəyərinin yüksəlməsi, valyuta və qiymətli kağızlar bazarı vasitəsi ilə istehlak malları indeksi göstəriciləri ilə əlaqələndirilir:

“Digər tərəfdən, ABŞ-da sürətli vaksinasiya da dolların məzənnəsinə təsir göstərir. Birləşmiş Ştatlarda əhalinin yarıdan çoxu artıq vaksinasiya prosesindən keçib. Dolların möhkəmlənməsi bir sıra strateji məhsullar bazarına da təsirsiz ötüşməyib. Son 1 ayda dünya bazarında qızılın qiyməti 2.8 faiz ucuzlaşıb. Dolların dünya bazarında möhkəmlənməsi fonunda region ölkələrinin bazarında ciddi volatillik müşahidə olunmasa da, qonşu Rusiyada rubl son 1 ayda 3 faizə yaxın dəyər itirib. Azərbaycanda üzən valyuta məzənnəsinə tam keçilmədiyi üçün manatın məzənnəsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Ölkəyə daxil olan valyutada əsas paya malik olan neftin dünya bazar qiyməti məqbul səviyyədədir. Hazırda 1 barrel “Brent” markalı neft dünya bazarında 76 dollardan baha satılır. 2021-ci il dövlət büdcəsində neftin qiyməti hər barrel üçün 40 dollar nəzərdə tutulsa da, qlobal vaksinasiya səbəbindən enerji bazarında tələbin artması müşahidə olundu. Bununla yanaşı, qlobal bazarındakı volatilliyi nəzərə alaraq Mərkəzi Bankın Azərbaycanın valyuta bazarını mərhələli şəkildə liberallaşdırması məqsədəuyğundur. Qlobal bazarlarda yeni sıçrayış risklərini nəzərə aldıqda uzunmüddətli dövr üçün liberal valyuta bazarı daha sığortalanmış hesab olunur”, – o bildirib.

Paylaş 0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Bayram namazının vaxtı AÇIQLANDI
Sonrakı yazı
Turizm Təlim və Sertifikasiya Mərkəzinin təlimçilərinə təşəkkürnamələr təqdim olunub – Foto

Digər yazılar

Hörmüz boğazında gəmi tranziti azalıb

07.08.2026 / 11:35

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

07.08.2026 / 10:42

Azərbaycan nefti bahalaşıb

07.08.2026 / 09:41

Çin-ABŞ ticarət həcmi yanvar-iyul aylarında 2,3% artıb.

07.08.2026 / 07:19

Büdcədən 192 milyon manata yaxın vəsait geri qaytarılıb

06.08.2026 / 11:02

Avro bahalaşıb – dollar isə…

06.08.2026 / 09:17

Bu məhsul kəskin bahalaşdı

05.08.2026 / 12:41

Azərbaycan nefti ucuzlaşıb

05.08.2026 / 09:59

Qızılın qiyməti 6 iyuldan bəri ilk dəfə 4 200 dolları keçdi

05.08.2026 / 09:45

XƏBƏR LENTİ

  • Latviya Aİ-dən maliyyə almaq üçün Belarusla sərhədini bağlayıb

    10.08.2026 / 00:25
  • “Harri Potter” aktrisası yeni platformada milyonlar qazandı

    10.08.2026 / 00:01
  • 10 avqust üçün ulduz falı: Bürcləri nələr gözləyir?

    10.08.2026 / 00:00
  • Bakıda bu yol bağlanır

    09.08.2026 / 22:43
  • Bakıda 11 marşrutun bu dayanacaqlarda saxlaması dayandırılır – Avqustun 11-dən …

    09.08.2026 / 22:30
  • Masallının iki kəndində qaz olmayacaq

    09.08.2026 / 20:08
  • 17 yaşlı qız Kürdə batdı

    09.08.2026 / 18:43
  • Salyanda xala bacısı qızının nişanında qızılları OĞURLADI

    09.08.2026 / 15:16
  • Şəmkirdə 62 yaşlı kişini “tok” vuraraq öldürüb

    09.08.2026 / 15:08
  • Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

    09.08.2026 / 13:54
  • İran ABŞ-la danışıqlar aparmır – Araqçi

    09.08.2026 / 13:22
  • Həftənin ilk iş gününün hava proqnozu

    09.08.2026 / 13:19
  • Rusiya Ordusunun itkiləri açıqlanıb

    09.08.2026 / 10:16
  • “Saudi Aramco”nun neft emalı zavodunda yanğın baş verib

    09.08.2026 / 10:08
  • Xocavənddə mina partladı

    08.08.2026 / 21:42
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ

Həmçinin oxuyunx

Hörmüz boğazında gəmi tranziti azalıb

07.08.2026 / 11:35

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

07.08.2026 / 10:42

Azərbaycan nefti bahalaşıb

07.08.2026 / 09:41

Çin-ABŞ ticarət həcmi yanvar-iyul aylarında 2,3% artıb.

07.08.2026 / 07:19

Büdcədən 192 milyon manata yaxın vəsait geri qaytarılıb

06.08.2026 / 11:02