0
“Erməni hərbi əsirlərin Bakıdan gözlənilən gəlişi barədə xəbərlər təxribat idi”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov “Hraparak” qəzetinə açıqlamasında bildirib.
Muradov Ermənistan rəsmilərinin niyə məhbus mübadiləsinin həyata keçiriləcəyini elan etməsi ilə bağlı jurnalistlərin sualını cavablandırıb.
“Yalanlar və təxribatlar. Onlardan soruşun. Əhalini çaşqınlığa salırlar”,- deyə R. Muradov qeyd edib.
Onun sözlərinə görə, “əsirlər”in qaytarılması planlaşdırılmamışdı, belə ki, bu, işgüzar səfər olub.
