Bakıda metro xətlərinin ayrılması ilə əlaqədar sərnişindaşımanın fasiləsizliyini təmin etmək məqsədilə 6 yeni ekspres avtobus marşrutu bu gündən fəaliyyətə başlayıb.
Ucnoqta.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC tərəfindən həyata keçirilən xətlərin ayrılması layihəsi çərçivəsində avqustun 15-dən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılacaq. Bununla əlaqədar sərnişinlərin alternativ nəqliyyat vasitələrinə çıxışını təmin etmək üçün AYNA tərəfindən 6 ekspres marşrut təşkil olunub.
Yeni ekspres marşrutlar aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:
M1 – “Elmlər Akademiyası” – “28 May”;
M2 – “İnşaatçılar” – “Nizami” – “28 May”;
M3 – “20 Yanvar” – “Nizami” – “28 May”;
M4 – “20 Yanvar” – “Koroğlu”;
M5 – “20 Yanvar” – “Gənclik”;
M6 – “Elmlər Akademiyası” – “Gənclik”.
Yeni ekspres marşrutların dayanacaq məntəqələri ilə videoda tanış ola bilərsiniz:
