0
Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev bu gün COVID-19-a qarşı peyvənd olunub.
Ucnoqta.az xəbər verir ki, Milli Məclis sədrinin müavini hazırda özünü yaxşı hiss etdiyini və heç bir narahatlığı olmadığını bildirib:
"İşlərimə davam edirəm. Vətəndaşlarımıza mütləq qaydada vaksin vurdurmağı tövsüyə etməklə, xəstəliyin yayılmasının qarşısının alınmasında mübarizə aparan hər kəsə, xüsusilə də tibb işçilərinə minnətdarlığımı bildirirəm"- Adil Əliyev qeyd edib.
Qeyd edək ki, o, ikinci doz peyvəndi martın 24-də vurduracaq.
