0
Bakıda qarlı havada küçələrdə 22 nəfər yıxılıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, bu gün saat 13:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 22 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb. Onlardan 10 nəfəri kişi,12 nəfəri isə qadındır.
Yaralılardan 2-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.
