0
“Heç bir şagird təhsil prosesindən kənarda qalmamalıdır. Çətinliklərə baxmayaraq, bütün şagirdlərimizin öyrənməsini təmin etmək üçün müxtəlif alətləri düzgün istifadə etməyə çalışırıq”.
Bu barədə Təhsil naziri Emin Əmrullayev paylaşım edib.
Nazir qeyd edib ki, teledərslər bu məqsədi reallaşdırmaqda əvəzsiz bir vasitəyə çevrildi: “Bu günə qədər 6 700-dən çox teledərs hazırlanıb. Bu layihənin ərsəyə gəlməsində zəhməti keçən həmkarlarımıza təşəkkür edirəm. Növbəti həftədən etibarən eşitmə çətinliyi olan şagirdlərimiz üçün də teledərslər yayımlanacaq. Hər bir uşağın davamlı öyrənməsi naminə birlikdə çalışmalıyıq”.
