Ana səhifə Mobil versiya
24 Sentyabr 2020

Hava şəraitinin dəyişəcəyi barədə Xəbərdarlıq

Mayın 23-ü gündüzdən 24-ü axşamadək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 19-24 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, 23-ü axşam və 24-nə keçən gecə yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, havanın temperaturu mayın 24-də ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında mayın 23-ü gündüzdən 25-i gündüzədək havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, mayın 23-də ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu mayın 24-də ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Tarix
22 May 2020 [14:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-22 14:41:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin