Zaqatalada fındıq oğruları tutuldu

15:49 - 21 Sentyabr 2019 - HADİSƏ

Zaqatalada fındıq oğruları tutulub.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, iki nəfər Qımır kənd sakini onlara məxsus evdən və həyətyanı sahədən ümumilikdə doqquz kisə fındığın oğurlanması barədə məlumat verib.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluq edən rayonun Bazar kənd sakini 30 yaşlı Elçin Hacıyev saxlanılıb.
İlkin ifadəsində E.Hacıyev etdiyi cinayət əməlini etiraf edib və oğurladığı fındıqları müxtəlif şəxslərə satdığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bəhmətli kənd sakininə məxsus 126 kq fındığı oğurlayan şəxsin elə onun həmkəndlisi Qabil Arıxov olduğu müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti