Misirdə mikroavtobusun estakadadan aşması nəticəsində 5 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb. Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə paytaxt Qahirənin el-Qiza rayonunda qeydə alınıb. Bu barədə “Əl-Məsri əl-Youm” portalı məlumat yayıb. Bildirilir ki, yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Tarix
11 Sentyabr 2019 [19:38]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin