Gürcüstan çimərliklərində qadın xilasedicilər çalışacaq
Gürcüstanın Acarıstan Muxtar Respublikasında builki çimərlik mövsümündə ilk dəfə olaraq qadın xilasedicilər çalışacaq. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, 20-yə yaxın xanım xilasedici iyunun 15-dən etibarən çimərliklərdə kişi xilasedicilərlə birgə xilasetmə işlərinə cəlb olunacaqlar.
Qadın xilasedicilər Batumi Dəniz Akademiyasının tələbələridir. Onlar fiziki hazırlıq təlimini başa vurublar.
Acarıstanda builki çimərlik mövsümündə, ümumilikdə, 250 xilasedici çalışacaq.