Bakıda zibil maşınının avtobusa çırpılma ANI - VİDEO

21:04 - 16 May 2019 - Xəbər

Aprelin 27-də Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb. 

Ucnoqta.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə zamanı yol kənarında dayanan avtobusa arxadan zibil daşıyan maşın çırpılır. Hadisə nəticəsində 24 sərnişin xəsarət alıb. Qəzanın baş vermə səbəbləri dəqiq açıqlanmasa da görüntülərdən aydın olur ki, zibil maşınının sürücüsü səhlənkar davranıb.

Göründüyü kimi, avtobusla zibil maşını arasında xeyli məsafə var. Lakin zibil maşınının sürücüsü nə sürəti azaldır, ya da zolağı dəyişib hərəkətini davam etdirir.

Ehtimal etmək olar ki, o, sükan arxasında ya yuxulayıb, ya da başı nəyəsə qarışıb. Ancaq hadisə səhər saatlarında baş verdiyi üçün onun yuxulu olma ehtimalı daha yüksəkdir.

Xəbər xətti