“Formula-1”ə görə bağlanan ərazilərin sakinlərinə tibbi yardım göstərilməsi üçün briqadalar ayrılıb

Bu gündən Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar hərəkətin məhdudlaşdırıldığı ərazilərdə yaşayan əhaliyə tibbi yardım göstərilməsi üçün briqadalar ayrılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ONA-ya Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

Onun sözlərinə görə, yarışın keçiriləcəyi Bakı Şəhər Halqasının ətrafında – İçərişəhər, Hökumət Evinin yaxınlığında və digər ərazilərdə 8 təcili tibbi yardım briqadası əhaliyə xidmət göstərəcək.

“Şəhər sakinləri və yarışı izləmək üçün Bakıya gələcək qonaqlara tibbi yardım göstərilməsi üçün əlavə briqadaların da cəlb olunması nəzərdə tutulur ki, çağırışları vaxtında və gecikmədən icra etmək mümkün olsun. Bundan başqa, “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar tibb müəssisələri gücləndirilmiş iş rejimində çalışacaqlar”, - baş həkim qeyd edib.

Xatırladaq ki, aprelin 26-28-da Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi keçiriləcək.

Tarix
23 Aprel 2019 [09:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-23 09:44:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin