Tənha qalmış qaçqın və məcburi köçkün qadınlarına sosial xidmətin təşkili öyrənildi

16:36 - 5 Dekabr 2016 - Cəmiyyət

“Ayna” Qacqın və Məcburi Köçkün Qadınlar İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Tənha qalmış  qaçqın və məcburi köçkün qadınlarına könüllülər tərəfindən sosial xidmətinin təşkili" tədbirlərini həyata keçirib. Tədbirlərdə tənha qadınların qidalanmasının vəziyyətinin müşahidə ilə bağlı,  sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər arasında məlumatlandırma və maarifləndirmə təşkil olunmuşdur. Müzakirələrdə qaçqın və məcburi köçkün qadınlar  arasında sağlam qidalanma barədə geniş məlumatların yayılması zərurəti vurğulanmışdır. Sağlam qidalanmaq haqqında geniş biliyin icmalarda yayılması məqsədi ilə təhsil müəssisələrində oxuyanlar arasında dəstək qruplarının formalaşmasına ehtiyac olduğu qeyd edilmişdir.

Tədbirdə vəziyyət təxirəsalınmaz tədbirlərin görülməsini, tənha qadınların arasında  qidalanmanın yaxşılaşdırılmasına doğru yönəldilmiş profilaktik və kompleks proqramların işlənib hazırlanmasının vacibliyi qeyd olundu .
Bu problemin həlli, ərzaq məhsullarının keyfiyyətinin yaxşılaşdırımasını, yeməklərin çeşidinin artırılmasını, tənha qadınların qidalanmaya peşəkar nəzarətin təşkil edilməsini, qidalanma mədəniyyətinin yüksəldilməsi ilə məşğul olan aidiyyatı organlarla əməkdaşlıq kimi tədbirlərin həyata keçirilməsini tələb edir. Layihədəki problemin həlli sağlamlığının qorunmasına xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin keçirilməsi məqsədinə nail olmaq hədəfinə istiqamətlənib.


Xəbər xətti