Cənubi Afrika qarla örtüldü: bir nəfər ölüb

00:06 - 23 Sentyabr 2024 - DÜNYA

Həftəsonu Cənubi Afrikaya anomal güclü qar yağıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bir çox sürücü qar uçqunu səbəbindən tıxaclarda qalıb, bir nəfər ölüb.
Şərqi Keypdə, eləcə də Cənubi Afrikanın KvaZulu-Natal, Free State və Gauteng əyalətlərində misli görünməmiş güclü qar yağır.

Güclü qar nəticəsində yollar bağlanıb və bir çox sürücü qar uçqunu altında qalıb. Bir neçə saat maşında qalmaq məcburiyyətində qalan bir qadın dünyasını dəyişib.

Nəşrin məlumatına görə, bazar günü, sentyabrın 22-də səhər saatlarında ölkənin magistral yollarında tıxaclar 30 kilometrə çatıb.

Xəbər xətti