Ukrayna Silahlı Qüvvələrinin Kurskda itkiləri açıqlanıb

13:44 - 20 Sentyabr 2024 - DÜNYA

Ukrayna Silahlı Qüvvələri Kursk istiqamətində gedən döyüşlərdə 15300-dən çox əsgər və 124 tank itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında deyilir ki, ümumilikdə, Kursk istiqamətində gedən döyüşlər zamanı düşmən 15 300-dən çox hərbi qulluqçusu, 124 tankı, 56 piyada döyüş maşını, 93 zirehli transportyoru, 780 zirehli döyüş maşını, 471 texnikası, 115 artilleriya qurğusunu itirib.

Həmçinin 28 MLRS buraxılış qurğusu, o cümlədən ABŞ istehsalı olan 7 HIMARS və 6 MLRS, 8 zenit-raket komplekslərinin buraxılış qurğusu, 4 nəqliyyat-yükləmə maşını, 29 elektron döyüş stansiyası,
7 əks-akkumulyator radarı, iki hava hücumundan müdafiə radarı, 15 mühəndis avadanlığı, o cümlədən 9 mühəndis-təmizləmə maşını və bir UR-77 minatəmizləmə qurğusu.

Xəbər xətti