Ukrayna Silahlı Qüvvələrinin üç təyyarəsi vurulub

15:31 - 20 Sentyabr 2024 - DÜNYA

Ötən həftə Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus MiQ-29-u vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, daha üç təyyarə - bir MiQ-29 və iki Su-27 Rusiya Aerokosmik Qüvvələri tərəfindən məhv edilib.

Bundan əlavə, həftə ərzində hava hücumundan müdafiə ekipajları “ABŞ istehsalı olan yeddi ATACMS operativ-taktiki raketi, Fransa istehsalı olan 12 “Hammer” idarəolunan bomba, ABŞ istehsalı olan 42 HIMARS raketi və 305 təyyarə tipli pilotsuz uçuş aparatı, o cümlədən 153-ü xüsusi hərbi əməliyyat zonasından kənarda zərərsizləşdirib.

Xəbər xətti