Sentyabrın 21-də, saat 21:00-dan etibarən Bakının Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
Ucnoqta.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur",-deyə məlumatda qeyd edilib.