Livanın cənubunda üç Hizbullah döyüşçüsü öldürülüb

16:34 - 22 Sentyabr 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubundakı "Hizbullah"ın yerləşdiyi məskunlaşan ərazilərə raket zərbələri endirib.

Ucnoqta.az xəbər verir ki, İsrailin hücumları nəticəsində azı 3 əsgər həlak olub, daha 5-i yaralanıb.

Məlumata görə, Litani çayı boyunca yerləşən şiə birləşmələrinin postları artilleriyadan atəşə tutulub.

Cavab olaraq Hizbullah Yiftah və Manarada düşmən qüvvələrinin və hərbi texnikanın cəmləşdiyi yerə hücum etmək üçün kamikadze dronlardan istifadə edib.

Xəbər xətti