Livandan İsrailə 100-dən çox raket atılıb

09:25 - 22 Sentyabr 2024 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (IDF) bu səhər Livandan 105 raket atdığını qeydə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında deyilir.

Məlumatda bildirilir ki, Livandan İsrail ərazisinə daxil olan 85-ə yaxın mərmi qeydə alınıb. Onlardan bəziləri ələ keçirilib.

Bundan əlavə, Livandan daha 20 raketin İzril vadisində İsrail hava məkanına daxil olduğu qeydə alınıb.

Raketlərin və dağıntıların düşməsi Kiryat Bialik, Tsur Şalom və Moreşet ərazilərində qeydə alınıb. 

Xəbər xətti