İsrail Qəzzada "Həmas" qərargahına zərbə endirib

08:16 - 23 Sentyabr 2024 - SİYASƏT

İsrail Müdafiə Qüvvələrinin (IDF) hava qüvvələri Qəzza zolağının mərkəzi hissəsindəki keçmiş məktəb binasında Fələstinin Həmas hərəkatının komanda mərkəzinə zərbə endirib.

Ucnoqta.az xəbər evrir ki, bu barədə “The Jerusalem Post” qəzeti ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, əvvəllər Xalid ibn əl-Valid məktəbinin yerləşdiyi kompleksin ərazisində yerləşən komanda məntəqəsi HƏMAS silahlıları tərəfindən İsrail hərbçilərinə və İsrail dövlətinə qarşı terror aktları planlaşdırmaq və həyata keçirmək üçün istifadə edilib.

Hücumdan əvvəl mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün çoxlu addımlar atılıb, o cümlədən dəqiq idarə olunan hərbi sursatların istifadəsi, havadan müşahidə və əlavə kəşfiyyataparılıb.

Xəbər xətti