Gəncədə mənzildə partlayış olub, xəsarət alan var - FOTO

10:27 - 23 Sentyabr 2024 - HADİSƏ

Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub.

APA-nın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

Partlayış zamanı 84 yaşlı Orucova Paxlinanın yüngül xəsarət aldığı bildirilir.

Hadisə yerinə FHN-in əməkdaşları və təcili-tibbi yardım briqadası cəlb olunub. Partlayışın təsirindən mənzilin pəncərələri qırılıb, nəticədə binanın qarşısında dayanmış “VAZ 2107” markalı avtomobilə ziyan dəyib.

Araşdırma aparılır.


Xəbər xətti