Beyləqanda 69 yaşlı kişi 31 yaşlı həmkəndlisinə silahla xəsarət yetirib

11:09 - 23 Sentyabr 2024 - HADİSƏ

Beyləqanda güllələnmə olub.

APA xəbər verir ki, hadisə Beyləqan şəhərinin ərazisində yerləşən torpaq sahəsində qeydə alınıb.
Şəhər sakini 1955-ci il təvəllüdlü Adil Əkbər oğlu Kərimov özünə məxsus “İJ-30” markalı tir tüfəngindən açdığı atəşdən həmyerlisi 1993-cü il təvəllüdlü Şamo Şəmşir oğlu Hüseynova xəsarət yetirib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Araşdırmalar aparılır.

Xəbər xətti