ABŞ-nin sualtı atom gəmisi Cənubi Koreya limanına daxil olub

07:46 - 23 Sentyabr 2024 - DÜNYA

ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən sualtı gəmisi “USS Vermont” Cənubi Koreyanın Busan şəhərinin limanına daxil olub.

Ucnoqta.az xbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Cənubi Koreya Hərbi Dəniz Qüvvələri Amerika hərbçiləri ilə dostluq mübadiləsi planlaşdırdığını bildirib.

Bu, USS Vermont gəmisinin Cənubi Koreya limanına ilk səfəridir.

Xəbər xətti