Prezident Hesablama Palatasının əməkdaşlarını təltif edib -SİYAHI

20:03 - 6 Dekabr 2016 - Xəbər

 Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşlarının təltif edilməsi haqqında" sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 15 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:


3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Məhərrəmov Adil Məmmədəli oğlu
Həsənov Cəfər İsmayıl oğlu


“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Tağıyev Natiq Adil oğlu
Hümbətov Qüdrət Məhəmməd oğlu
Həsənov Rasim Həsən oğlu
Səfərov Fəqan Şayıb oğlu


“Tərəqqi” medalı ilə
Qurbanov Firsənd Əliheydər oğlu.

Xəbər xətti