Bakı Metropoliteni sərnişinlərə müraciət edib

15:04 - 6 Dekabr 2016 - Xəbər

Bakı Metropoliteni sərnişinlərə müraciət edib. Metropolitenin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin ucnoqta.az- verdiyi məlumata görə, müraciətdə deyilir:

"07 dekabr 2016-cı il tarixindən etibarən "Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüdətli bağlanacaq. Təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır. "Xətai" stansiyasına gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə edə bilərlər. 
"Bakı Metropoliteni" QSC yaranacaq narahatlığa görə sərnişinlərdən üzr istəyir!
Qeyd: 2-ci yol "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına keçərkən soldakı yoldur. Həmçinin "Cəfər Cabbarlı" stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır."

Xəbər xətti