BŞTİ: "İşıq və qazın qiymətinin differensiallaşdırılması məktəblərin istiliklə təchizatına təsir göstərəcək"

14:17 - 6 Dekabr 2016 - Cəmiyyət

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Tarif Şurasının qərarı ilə işıq və qazın qiymətinin differensiallaşdırılmasından sonra bunun məktəblərə istiliyin verilməsinə təsir edib-etməyəcəyi məsələsinə münasibət bildirib. "Report" xəbər verir ki, idarə müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib ki, büdcədə nəzərdə tutulan ödənişlərlə bağlı bəzi məsələlər müvafiq təşkilatlar tərəfindən nəzərə alınacaq.

O bildirib ki, idarənin əsas işi məktəblər üçün lazımi şəraitin yaradılmasıdır: "Bu gün Bakı məktəblərinin istiliklə bağlı problemləri demək olar yoxdur. Çox kiçik problemlər olur ki, bu da vaxtında aradan qaldırılır. Qiymətlərin artırılması təbii ki, məktəblərə də təsir göstərəcək. Lakin bu məsələdə müvafiq təşkilatlar öz öhdəliklərini nəzərə alaraq işlərini görəcəklər. Çünki bu, birbaşa bizə aid deyil. Yəqin ki, bununla bağlı büdcədən əlavə vəsait ayrılacaq".

Xəbər xətti