Heydər Camal Almatıda dəfn olunub

13:24 - 6 Dekabr 2016 - Xəbər

Rusiya İslam Komitəsinin sədri, ictimai xadim, ilahiyyatçı və filosof Heydər Camal bu gün Qazaxıstanın Almatı şəhərində torpağa tapşırılıb.APA-nın məlumatına görə bu barədə komitənin “V Kontakte” sosial şəbəkəsindəki səhifəsində bildirilib.
Mərhumla vidalaşmaq üçün onlarla insan Almatının Bağanaşıl qəbiristanlığına toplaşıb.
Mərasim müsəlman adət-ənənələri ilə baş tutub. Yerli hakimiyyət orqanlarının əməkdaşları, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin nümayəndələri mərasimdə iştirak etməyib.
Qeyd edək ki, Heydər Camal 1947-ci ildə Moskvada anadan olub. Onun atası azərbaycanlı Cahid Camal, anası isə rus İrina Şapovalovadır.
Onun rəhbəri olduğu Rusiya İslam Komitəsi ötən əsrin 90-cı illərində yaranıb. H. Camal, həmçinin 1990-1994-cü illərdə fəaliyyət göstərmiş İslam Dirçəliş Partiyasının yaradıcılarındandır.
Heydər Camal bir neçə kitabın müəllifidir.
O, dünən müalicə olunduğu Almatı şəhərində vəfat edib.

Xəbər xətti