Milli Məclisdə büdcə müzakirələri başladı

12:29 - 6 Dekabr 2016 - Xəbər

Bu gün Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinə dair müzakirələr başlayıb. Trend-in məlumatına görə, iclasın gündəliyinə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi, "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında" qanun layihəsi, "Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsi "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi, Milli Məclisin 2017-ci il üçün xərclər smetası və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası daxildir.

Xəbər xətti