Yeni prezident MDB-nin inkişaf etdirilməsinin vacibliyini bəyan edib

10:00 - 6 Dekabr 2016 - Xəbər

Özbəkistanın yeni seçilmiş prezidenti Şavkat Mirziyoyev Müstəqil Dövlətlər Birliyinin qorunub saxlanılmasının və fəaliyyətinin təkmilləşdirilməsinin, gələcək inkişafının vacibliyini vurğulayıb.

RİA Novosti agentliyi xəbər verir ki, bu barədə MDB icrayə katibi Sergey Lebedev məlumat verib.

“Yeni seçilmiş prezidentlə bizim çox uzunmüddətli və əhatəli söhbətimiz oldu. Prezident vurğuladı ki, ondan əvvəlki prezident İslam Kərimovun MDB formatının qorunması və möhkəmlənməsi istiqamətində həyata keçirdiyi kursu davam etdirəcək, Özbəkistan Birlik çərçivəsində inteqrasiya proseslərinə aktiv cəlb olunacaq”, - Mirziyoyev vurğulayıb.

Xəbər xətti