Florida hakimiyyəti qaçırılmış Venesuela prezidenti Nikolas Maduroya qarşı qanunsuz immiqrasiya və narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlar irəli sürməyi ciddi şəkildə nəzərdən keçirir.
Ucnoqta.az bildirir ki, bu barədə ştatın Respublikaçı qubernatoru Ron DeSantis məlumat verib.
DeSantis jurnalistlərə bildirib ki, biz Nikolas Maduroya qarşı ştat səviyyəsində iş qaldırmağı çox ciddi şəkildə nəzərdən keçiririk.
Qubernator həmçinin bildirib ki, Maduro xüsusilə Floridada narkotik qaçaqmalçılığı ilə sıx bağlıdır.