Qrenlandiya Avropa ərazisi olaraq qalacaq - Barro

12:43 - 7 Yanvar 2026 - DÜNYA

Fransa xarici işlər naziri Jan-Noel Barro bildirib ki, ABŞ dövlət katibi Marko Rubio onunla söhbətində ABŞ-ın Qrenlandiyaya hərbi əməliyyat keçirməsinin mümkünlüyünü istisna edib.

Ucnoqta.az xəbər verir ki, bunu Barro France Inter radiosunda bildirib.

 "Mən ABŞ diplomatiyasının rəhbəri olan dövlət katibi ilə telefonda danışdım və o, bunun ABŞ-ın seçdiyi kurs olmadığını təsdiqlədi."

Onun sözlərinə görə, Rubio Venesuelada baş verənlərin Qrenlandiyada baş verə biləcəyi ehtimalını istisna edib.

Fransa xarici işlər naziri bir NATO ölkəsinin digərinə hücumunun mənasız olacağı fikrini bildirib. 

Barrot Qrenlandiyanın Avropa ərazisi olduğuna və belə qalacağına əminliyini ifadə edib.

Xəbər xətti