Şabranda korrupsiyaya qarşı mübarizə tədbiri

15:15 - 25 İyul 2024 - ÖLKƏ İÇİ

“İctimai İştirakçılığın Dəstəklənməsi" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizədə ictimai şuraların potensialı” layihəsini davam etdirir.

Layihə çərçivəsində növbəti tədbir Şabran rayonu Heydər Əliyev Mərkəzində baş tutub.
Layihə rəhbəri Fəxrəddin Nəsirli tədbir açandan sonra sözü ekspert Şaban Nəsirova verdi.

Şaban Nəsirov korrupsiyanın qlobal problem olduğunun, buna qarşı əsrlər boyu dövlətlər tərəfindən müntəzəm mübarizə aparıldığını, qismən buna nail olan ölkələrin daha yaxşı inkişaf etdiyni dedi. Onun sözlərinə görə, dünyada üç beynəlxalq cinayət var ki, onların kökünü tam kəsmək mümkün deyil. Bunlar silah, insan alveri və korrupsiyadır. Ona görə də dünya ölkələrində həmin cinayətlərlə birgə mübarizə aparılması istiqamətində zaman-zaman müxtəlif beynəlxalq proqramlar həyata keçirilir. Eyni zamanda ölkəmizdə korrupsiyaya qarşı mübarizəni daha da gücləndirmək üçün 2022─2026-cı illər üçün “Milli Fəaliyyət Planı”nın təsdiq edilib. Milli Fəaliyyət Planında dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyətlərinə də geniş yer ayrılıb. İctimai Şuralar Milli fəaliyyət planından istifadə etməklə korrupsiyaya qarşı effektli mübarizə apara bilər. Ekspert həmçinin Prezident tərəfindən 22 Noyabr 2013-cü ildə imzalanan İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının qanunun korrupsiyaya qarşı mübarizə üçün effektli yollar açdığını söylədi.

Belə ki, Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, vətəndaşların dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Ekspert vurğuladı ki, bütün bu qanunlara söykənərək ictimai şuralar fəaliyyətini davam etdirir. Sonra Şabran Rayon İcra Hakimyyəti yanında İctimai Şuranın sədri Namiq Cümşüdov Şuranın fəaliyyəti barədə ətraflı məlumat verdi. İctimai şura üzvləri fəaliyyətlərinin gücləndirilməsi və aslılıqlarnın azaldılması üçün dövlət tərəfindən tədbirlər keçrilməsi üçün büdcə ayrılmasının məqsədəuyğun olduğunu bildirdilər.

Tədbir ümumi müzakirələrlə davam etdirildi.


Xəbər xətti