Cənubi Koreya prezidenti yeni müdafiə naziri təyin edib

08:24 - 6 Sentyabr 2024 - DÜNYA

Koreya Respublikasının Prezidenti Yun Sok Yoltəhlükəsizlik xidmətinin keçmiş rəhbəri Kim Yonq Hyunun müdafiə naziri vəzifəsinə təyin olunmasını təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi prezident administrasiyasına istinadən məlumat yayıb.

Cənubi Koreya lideri avqustun 12-də müdafiə naziri postuna Kim Yonq Hyun namizədliyini irəli sürüb.
O, 2022-ci ildə andiçmə mərasimindən sonra prezidentin təhlükəsizlik xidmətinə rəhbərlik edir.
Müdafiə şöbəsinin əvvəlki rəhbəri Şin Von Şik prezident administrasiyasının milli təhlükəsizlik şöbəsinin müdiri vəzifəsinə keçib.

Xəbər xətti