Ukraynanın beş bölgəsində hava hücumu xəbərdarlığı elan edilib

00:14 - 6 Sentyabr 2024 - DÜNYA

Ukraynanın Kirovoqrad və Nikolayev vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib

Ucnoqta.az xəbər verir ki, bu barədə əhalinin xəbərdar edilməsi üzrə rəsmi resurs məlumat yayıb.

Həyəcan siqnalları yerli vaxtla saat 22:12-də gəlməyə başlayıb. Daha sonra Poltava və Çerniqov vilayətləri qırmızı zonaya düşüb.

Xəbərdarlıq Kiyev vilayətinə də şamil edilib. Eyni zamanda, Kiyevdə həyəcan təbili çalınmayıb.

Xəbər xətti