Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınıb? - AÇIQLAMA

11:57 - 5 Sentyabr 2024 - Cəmiyyət

Azərbaycanda bu günədək meymunçiçəyi virusuna şübhəli hallar qeydə alınmayıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, ölkə ərazisində, xüsusi ilə sərhəd keçid məntəqələrində meymunçiçəyinə şübhəli hallar üzərində epidemioloji nəzarət gücləndirilib.

Xəbər xətti