Gəncədə sərnişin mikroavtobusu 6 maşına çırpılıb

18:53 - 5 Sentyabr 2024 - HADİSƏ

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhərdə 2 saylı xətt üzrə işləyən "Hyundai" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq "Niva", "Mitsubishi", "Chevrolet" və daha 3 "Hyundai" markalı minik maşınına çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb, avtomobillərə ziyan dəyib.

Ərazidə qısa müddətli tıxac yaranıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, yolda hərəkət bərpa edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti