ABŞ qüvvələri Karib dənizində bir qayığı vurdu

07:55 - 5 May 2026 - DÜNYA

ABŞ hərbi qüvvələri Karib dənizində narkotik qaçaqmalçıları tərəfindən istifadə edildiyi ehtimal edilən bir gəmiyə zərbə endirib. Qaylqda olan iki nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı X-də məlumat verib.

Bildirilib ki, ABŞ Cənub Komandanlığı komandanı Fransis Donovanın əmri ilə Birgə Əməliyyat Qrupu Cənub Nizəsi 4 mayda gəmiyə ölümcül zərbə endirib.

Qeyd olunub ki, kəşfiyyat gəminin Karib dənizində məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini təsdiqləyib.

Xəbər xətti