Supermodel 22 yaşlı qızının uşaqlıq fotosunu paylaşdı

00:30 - 5 May 2026 - MAQAZİN

Alman supermodel Haydi Klum böyük qızı Leni Olumiyə ad günü təbriklərini çatdırıb. Bu gün onun 22 yaşı tamam olub.

Ucnoqta.az xəbər verir ki, ulduz İnstaqram səhifəsində həm köhnə, həm də yeni fotolarını paylaşıb və ona xoş sözlər yazıb.
"Ad günün mübarək, Leni. İlk övladım. 22 il əvvəl bu gün sən dünyaya gəldin. Səninlə çox fəxr edirəm, Leni və səni bütün qəlbimlə sevirəm", - deyə o yazıb.


Xəbər xətti