Neyroalimlər səbəbsiz gülüş fenomeninin mənşəyini araşdırıblar.
Ucnoqta.az xəbər evrir ki, onlar açıq beyin üzərində müvafiq tədqiqatlar aparıblar.
Atlantadakı Emory Universitetinin neyroalimləri təcrübələrinin nəticələrini Jurnal of Clinical Investigation jurnalında paylaşıblar. Beynin ağ maddəsinin elektrik stimullaşdırılması xəstədə gülüşə səbəb olub. Üstəlik, səbəbsiz gülüşdən sonra o, məmnunluq və sakitlik hissi keçirib.
Beynin elektrik stimullaşdırılması vasitəsilə qeyri-iradi gülüş şüurlu xəstə üzərində açıq beyin əməliyyatı zamanı istifadə edilib.
Metod həmçinin anesteziya altında olan bir xəstə üzərində də sınaqdan keçirilib. Qadın özünə gələndə panik atak keçirib. Lakin sonra həkimlər elektrik stimullaşdırmasından istifadə ediblər. Nəticədə xəstə rahatlıq hiss edib və özündən tamamilə məmnun olduğunu və rahatlaşdığını bildirib.
Daha sonra o, zarafat etməyə başlayıb və uğurla əməliyyat keçirib. Tədqiqatçılar hesab edirlər ki, singulat fasikulus stimullaşdırılması neyrocərrahiyyədə istifadə edilə bilər. Onlar ümid edirlər ki, bu, depressiya, narahatlıq və panik pozğunluqlarının müalicəsində istifadə edilə bilər.